2018/2019-cu tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Prezident təqaüdünə layiq görülmüş tələbələrin ali məktəblər üzrə sayı məlum oldu
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanına uyğun olaraq I ixtisas qrupu üzrə Prezident təqaüdünə layiq görülmüş 26 tələbə Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi oldu. Bu göstərici BANM-ı ölkə universitetləri arasında Prezident təqaüdçülərinin sayına görə lider edib.
Prezident təqaüdçülərinin sayına görə ali məktəblərin statistikasını sizə təqdim edirik.
- Bakı Ali Neft Məktəbi – 26
2. Azərbaycan Tibb Universiteti – 24
3. Azərbaycan Dövlət İqtisad Universiteti – 18
4. Bakı Dövlət Universiteti – 12
5. ADA Universiteti – 11
6. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası – 8
7. Polis Akademiyası – 1
8. Naxçıvan Dövlət Universiteti – 1
9. Azərbaycan Dövlət Neftvə Sənaye Universiteti – 1
Xatırladaqki, qəbulimtahanlarındaI ixtisasqrupuüzrə700 baltoplamış 13 nəfərabituriyentdəBANM-ın tələbəsidir. Birqrupüzrəbütün 700 ballıtələbələrinyalnızbiraliməktəbi – BANM-ıseçməsidərekordgöstəricidir.
MilliYol.Az