FIFA icarəyə verilən futbolçuların sayına məhdudiyyət tətbiq edə bilər
MilliYol.Az “Report”-a istinadən xəbər verir ki, ali futbol qurumu maksimum 8 oyunçunun icarəsinə icazə verməyi planlaşdırır. Üstəlik, bir klubun digərinə ən çox 4 futbolçu göndərməsi nəzərə tutulub. Bununla belə, klubların 21 yaşadək yetirmələri istisna təşkil edəcək.
Qərar qüvvəyə minərsə, bu, ən çox İngiltərənin “Çelsi” və İtaliyanın “Yuventus” klublarına təsir edəcək. Bu klublar yay fasiləsində müvafiq olaraq, 40 və 26 oyunçusunu icarəyə verib.
MilliYol.Az
Digər xəbərlər
loading...