Rusiyanın “Revizorro” verlişindən tanınan, hazırda isə yeni proqramla Birinci kanala qayıtmağa hazırlaşan teleaparıcı Yelena Letuçaya yay fəslində Azərbaycana səfəri ilə bağlı fikirlərini bölüşüb
“Komsomolskaya pravda”ya müsahibə verən teleaparıcı Bakını özü üçün yenicə kəşf etdiyini bildirib.
Jurnalistin “Yayda istirahət edə və özünüz üçün hansısa yeni bir yer kəşf edə bildinizmi?” sualına aparıcı belə cavab verib: “Bu il təxminən yarım il indi başlayan televiziya çəkilişlərinə hazırlaşmışam. Buna görə bir çox yerlərə getmək nəsib oldu. Məsələn, əvvəllər sıx çəkiliş qrafiki səbəbindən Azərbaycana getmək mümkün olmamışdı – inanılmaz bir Bakını özüm üçün yalnız indi kəşf etdim. Doğrudur, tam məzuniyyət yalnız avqust ayında Maldivdə oldu. Orada həyatımın “nou-xau”sunu yaşadım – günlərin yarısını telefondan istifadə etmədim. Əslində bu, mənim üçün əsas istirahətdir, çünki birdən-birə bir neçə televiziya proqramı çəkilişindən əlavə, paralel olaraq digər layihələrdə də işləyirəm. Yəni telefonu yalnız yatandan-yatana söndürürəm”
MilliYol.Az