Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Neftçala rayonunun Uzunbabalı kəndi ərazisində müvafiq icazə olmadan ova cəhd edən 3 nəfər saxlanılıb
Nazirlikdən verilən məlumata görə, araşdırma zamanı ova cəhd edənlərin Səudiyyə Ərəbistanı Krallığının vətəndaşları Abdulrahman Fahad A. Almehemid, Nasser Saleh H. Alnuuayser, Fahad Sulaiman İ. Alhumaid olduğu məlum olub. Onlardan 3 ov tüfəngi, 50 patron götürülüb.
Təqsirkarların hər biri inzibati qaydada 2000 manat məbləğində cərimə olunub.
MilliYol.Az
Digər xəbərlər
loading...