Avropa İttifaqı təbii fəlakətlərlə üzləşən ölkələrə yardım məqsədilə Avropanın Həmrəylik Fondundan 34 milyon avro ayrılması barədə qərar qəbul edib
Azərtac xəbər verir ki, siyahıda Yunanıstan, Polşa, Litva və Bolqarıstan var. Litva su şəbəkəsinin və idarəetmə infrastrukturunun bərpası üçün 16 milyon 918 min avro, Polşa üç rayonuna qasırğaların vurduğu zərəri aradan qaldırmaq üçün 12 milyon 279 min avro, Bolqarıstan Burqas şəhərində daşqınların törətdiyi dağıntıları bərpa etmək üçün 2 milyon 558 min avro, Yunanıstan isə 2017-ci ildə zəlzələnin Kos adasına vurduğu ziyana görə 2 milyon 535 min avro alacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...