2018-ci ilin yanvar-iyul aylarında ölkənin ümumi daxili məhsulu (ÜDM) 0,2 faiz artaraq 43 mlrd. 478,6 mln. manata çatıb
Bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı hesabatda deyilir.
İqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,9 faiz artmışdır.
Bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilmiş, nəqliyyat və anbar təsərrüfatı sahələrində əlavə dəyər 8,2 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 7,4 faiz, informasiya və rabitə sahələrində 7,1 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 6,5 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,6 faiz, sənayedə 0,6 faiz, digər xidmət sahələrində 0,2 faiz artmış, tikintidə isə 17,9 faiz azalmışdır.
Əhalinin hər nəfərinə düşən ÜDM 4436,3 manata bərabər olmuşdur. (banker.az)
MilliYol.Az