Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Venetsyan internetdə Xüsusi İstintaq Xidmətinin sədri Sasun Xaçatryanla telefon söhbətinin yerləşdirilməsindən sonra öz vəzifəsini tərk etməyə hazırdır
Xatırladaq ki, həmin telefon söhbətində tərəflər ölkənin keçmiş prezidenti Robert Köçəryan və KTMT-nin fəaliyyətdə olan baş katibi Yuri Xaçaturov barəsində cinayət işlərindən danışıblar.
Bu barədə A.Venetsyan keçirdiyi mətbuat konfransında deyib.
“Bu vəzifədən tutub dayanmamışam. Vəzifəyə böyük məsuliyyətlə gəlmişəm və görüləcək çox iş var. Lakin ictimaiyyət və ya siyasi rəhbərlik belə tələb irəli sürərsə, getməyə hazıram”, - MTX başçısı deyib.
Vanetsyan bildirib ki, audioyazının yayımlanmasında məqsəd hər iki xüsusi xidməti zəiflətmək və 2008-ci ilin mart ayının 1-i baş vermiş hadisələrin araşdırlmasının yarımçıq saxlanmasıdır.
“Bizim iradəmiz və qərarlığımız var və bu işi sona çatdıracağıq”, - Vanetsyan deyib.(virtualaz.org)
MilliYol.Az