Rusiya Dövlət Qvardiyasının rəhbəri general Viktor Zolotov müxalif siyasətçi Aleksey Navalnıya videomüraciət ünvanlayıb
Həmin videomüraciətdə V.Zolotov Navalnının başçılıq etdiyi Korrupsiya ilə Mübarizə Fondunun (KMB) bu yaxınlarda Dövlət Qvardiyasında baş alıb gedən korrupsiya halları ilə bağlı araşdırması barədə danışıb.
General Zolotov həmin araşdırmada göstərilən konkret faktlara toxunmadan elə birbaşa Navalnını təhqirə keçib.
Voktor Zolotov Putin rejminin məmurlarının şablon dili ilə rusiyalı müxalifətçinin və onun kimilərinin Qərbin, xüsusilə ABŞ-ın əmri ilə hərəkət etdiyini, Rusiyanı parçalamaq istədiklərini bildirib, üstəlik, işin içinə nədənsə Ukrayna prezidenti Pyotr Poroşenkonu da qatıb.
Daha sonra Viktor Zolotov Aleksey Navalnını əsl russayağı tərzdə hədələyib.
O, Navalnının təhqiqatında onu və ailəsini təhqir etdiyini söyləyərək, qədim ənənələrdə olduğu kimi onu ... duelə çağırıb.
“Cənab Navalnı, gəlin biz köhnə rus zabitlərinin bir sıra ənənələrini geri qaytaraq. Mən sizi sadəcə olaraq döyüşə çağırıram, harda istərsəniz, rinq, tatami, fərq etməz. Orada mən sizdən yaxşı döyülmüş yağlı tikələr düzəldəcəm”,- bu sözləri Rusiyanın Dövlət Qvardiyasınn komandanı, general olan bir adam söyləyir.
Bundan başqa, Viktor Zolotov onu Dövlət Qvardiyasının gözü qarşısında əzişdəricəyini və bunu şou olaraq göstərəcəyini vəd edib.
Onu da qeyd edək ki, Navalnını V.Zolotovun duel çağırışına cavab verməyə imkanı yoxdur. Çünki o, 30 gün müddətinə inzibati həbs cəzası alıb.
Xatırladaq ki, KMB-nin araşdırmasında Viktor Zolotovun zəngin adam olduğu da göstərilib.
Zolotov bunu inkar etməyib və “sən güvəcə oturanda mən orduda xidmət edir, istehsalatla məşğul olurdum” özünəməxsus şəkildə cavablandırıb.
KMB-nin araşdırmasında Rusiya Dövlət Qvardiyası üçün ərzaq alımında ciddi korrupsiya sazişlərinə yol verildiyi bildirilmişdi.
Belə ki, məlum olub ki, Dövlət Qvardiyası üçün ərzaq Krımda fəaliyyət göstərdiyi deiylən və adı heç yerdə məlum olmayan “Drujba narodov” adlı ət kombinatı tərəfindən təmin edilir. Özü də kombinat öz məhsullarını dövlət orqanına bazar qiymətindən 3-4 dəfə baha qiymətə satır.
Bu ət kombinatı vaxtilə ukraynalı oliqarx Yuri Kosyukun olub. İndi isə o, Rusiya Daxili İşlər Nazirliyinin (Dövlət Qvardiyası nazirliyin bazası əsasında yaradılıb-red.) mərkəzi arxivinin keçmiş rəisi Boris Kantemirova məxsusdur (formal olaraq-red.).
Dövlətin hüquq mühafizə orqanının rəhbərinin vətəndaşa qarşı duel çağırışı dünyanın heç bir normal və sivil ölkəsində olmur. Lakin Kremlin nəzərində bu da mümkündür. Və hətta buna haqq da qazandırılır.
Rusiya prezidentinin mətbuat sözcüsü Dmitri Peskovun sözlərinə görə, “vicdansız iftira ilə hər cür yolla mübarizə aparmaq olar”. Lakin o, Viktor Zolotovun Navalnını bu cür duelə çağırmasını Kremllə razılaşdırmadığını bildirib.
Sonda onu qeyd edək ki, Viktor Zolotov Dövlət Qvardiyasına rəhbər təyin olunmazdan qabaq prezident Vladimir Putin mühafizəsinin rəisi olub.
MilliYol.Az