“ABŞ Prezidenti Donald Tramp noybarın 4-nə qədər müttəfiq ölkələrdən İrandan neft idxalını dayandırmasını istəsə, dünya bazarında “qara qızıl”ın 1 barelinin qiyməti 100 dollara qədər arta bilər”
MilliYol.Az “Report”-a istinadən xəbər verir ki, bunu “FACTS Global Energy Group”un rəhbəri Fereidun Fesharaki bildirib.
Xatırladaq ki, noyabrın 4-də ABŞ-ın İrana qarşı yeni sanksiyaları qüvvəyə minir.
“İrandan neft tədarükü tamamilə dayansa, digər böyük istehsalçılar bu boşıuğu asanlıqla doldura bilməyəcək. Odur ki, “Brent” markalıneft 100 dollara qədər bahalaşa bilər”, – o qeyd edib.
Bununla belə, ekspertin fikrincə, qiymətin 100 dollara çatması həm də ABŞ və Çinin arasındakı ticarət müharibəsindən asılıdır.
Qeyd edək ki, əmtəə birjalarında “Brent” markalı neft sonuncu dəfə 100 dollara 2014-cü ildən satılıb. Hazırda onun qiyməti 77-78 dollar/barel təşkil edir.
MilliYol.Az