ABŞ Prezidenti Donald Tramp Administrasiyası Sincan Uyğur Muxtar Vilayətində (SUMR) insan hüquqlarının pozulması ilə bağlı Çinə qarşı sanksiyalar tətbiq edilməsi imkanlarını nəzərdən keçirir
Bu barədə “The New York Times” nəşri administrasiyadakı mənbəyə istinadən yazıb.
ABŞ Prezidenti Administrasiyası hesab edir ki, Çin hökuməti ölkədə müsəlman azlıqların, o cümlədən uyğurların hüquqlarını sistematik şəkildə pozur. Qəzetin yazdığına görə, rayon ərazisində müsəlmanların “yenidən tərbiyələndirilməsi” üçün xüsusi düşərgələr təşkil edilib.
Qəzetdə vurğulanır ki, ABŞ insan hüquqlarının pozulmasına görə Çinə qarşı heç vaxt sanksiyalar tətbiq etməyib, lakin indi bu məsələ Ağ evdə, Maliyyə Nazirliyində və Dövlət Departamentində müzakirə olunur. Məlumata əsasən, “cəza” tədbiri kimi Çin hökumətinin uyğurları izləmək üçün istifadə etdiyi ABŞ-ın nəzarət texnologiyalarının Çinə təchizatını məhdudlaşdırmaq təklif olunur.
MilliYol.Az