İranda Uilyam Şekspirin “Yay gecəsi yuxu” pyesinin səhnələşdirilməsi səbəbindən iki teatr əməkdaşı həbs edilib
Oxu.Az xəbər verir ki, bununla bağlı “Associated Press” məlumat yayıb.
Tamaşanın rejissoru Mariam Kazemi və menecer Səid Assadi sentyabrın 9-u saxlanılıb. Daha sonra onlar 24 min dollar qarşılığında azadlığa buraxılıb.
Onlar sosial şəbəkədə tamaşanın görüntülərinin yayılmasından sonra həbs olunublar. Kadrlarda kişilərlə birgə qadınların rəqs etməsi əks olunub.
İyulda 18 yaşlı iranlı gimnast həbs edilib. O, şəxsi yatağında rəqs etdiyi görüntüləri sosial şəbəkədə yayımladığı üçün saxlanılıb.
MilliYol.Az
Digər xəbərlər
loading...