Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasının qətlində təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
APA-nın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən qapalı prosesdə təqsirləndirilən C.Əsgərov ifadə verib.
O, qətili digər təqsirləndirilən G.Hüseynovanın sifarişi ilə törətdiyini bildirib: "Günel mənə pul və maşın vəd etmişdi, lakin o, vədinə əməl etmədi".
Daha sonra məhkəmə iclasında şahidlər dindirilib.
Proses oktyabrın 4-də davam edəcək.
Qeyd edək ki, bu ilin yanvarında 1965-ci il təvəllüdlü Nametzadə Məryəm Tofiq qızının yaşadığı mənzilində üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Keçirilmiş əməliyyatla cinayəti mərhumun qızı 1988-ci il təvəllüdlü G. Hüseynova, qohumu (bacısı oğlu), 1998-ci il təvəllüdlü N. Eyvazov və 1997-ci il təvəllüdlü C. Əsgərovun törətdiyi müəyyənləşib.
Qətlə yetirilən M. Nametzadə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olub. O, Bakıdakı “Jewellery” zinət əşyaları mağazasının sahibi olub, "Qızıl Məryəm" ləqəbi ilə tanınıb.
MilliYol.Az
Digər xəbərlər
loading...