İranın Qum dini-ideoloji mərkəzinin 5 din xadimi ölkə prezidenti Həsən Ruhaniyə qarşı pankart açdığı üçün saxlanılıb
Onlar Həsən Ruhanini ölümlə hədələyiblər.
Həmin din xadimləri “Ey müzakirə edilən adam, hovuz səni gözləyir!” şüarı yazılan pankart tutublar.
Qeyd edək ki, İranın keçmiş prezidenti Əliəkbər Haşimi-Rəfsəncani 2017-ci ilin yanvarında hovuzda ölüb. Onun ürək çatışmazlığından öldüyü bildirilmişdi. Ancaq keçmiş prezidentin qızı Faizə Haşimi atasının ölümünün təbii olmadığını və bu məsələdə məlumatsızlığın davam etdiyini söyləmişdi. Sağlığında Ə.Haşimi-Rəfsəncani Qərblə əlaqələri inkişaf etdirməyə can atan siyasilərdən biri kimi tanınırdı. Ona görə də onun ölməsi səbəbinə şübhə qalır. Odur ki, din xadimlərinin pankartını hakimiyyətdaxili islahatçılar Həsən Ruhaninin təhdid edilməsi kimi dəyərləndiriblər.(Report)
MilliYol.Az