Prezident İlham Əliyev Şabran rayonunun Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb
Sərəncamda qeyd olunduğuna görə, 6 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.(azərtac)
MilliYol.Az