Azərbaycanda əmək müqaviləsi ilə işləyənlərin yarıdan çoxu dövlət sektorunda çalışır
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir. Komitənin məlumatına görə, 2018-ci il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq 1543,1 min nəfər olub. Bunların 881,8 min nəfəri və ya 57%-i dövlət sektorunda, 661,3 min nəfər və ya 43% isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir.
İşləyənlərin 21,3 faizi təhsil, 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,3 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi tikinti, 7,0 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 11,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
MilliYol.Az