Avropa Liqasının qrup mərhələsində ikinci turun oyunları keçrilir. MilliYol.Az xəbər verir ki, Azərbaycan təmsilçilərindən "Qarabağ" səfərdə meydana çıxıb.
Ölkə çempionun rəqibi İtaliyanın "Fiorentina" klubu olub. 30-cu dəqiqədə "Qarabağ"dan Elvin Yunuszadə meydandan qovulub. Bundan sonra "Fiorentina"nın qol şousu başlayıb. 6 qolun vurulduğu oyunda meydan sahibləri 5:1 hesablı qələbə qazanıb. Xouma Babakar və Mauro Zarate dubl edib, Nikola Kaliniç bir dəfə fərqlənib. "Qarabağ"ın təsəlli qoluna 84-cü dəqiqədə meydana çıxan Dino Ndlovu imza atıb.
Qeyd edək ki, "Fiorentina" 1926-cı ildə yaradılıb. İtaliyanın ən köklü klublarından olan Florensiya təmsilçisi 2 dəfə İtaliya çempionatının, 6 dəfə ölkə kubokunun, 1 dəfə Super Kubokunun qalibi olub. 1957-ci ildə Avropa Çempionlar Kubokunda (indiki Çempionlar Liqası), 1990-cı ildə UEFA Kubokunda (Avropa Liqası) final oynayan komanda 1961-ci ildə Kuboklar Kubokunun qalibi olub. "Qarabağ"ın rəqibinin heyətində İtaliya, Argentina, Kolumbiya, Xorvatiya, Rumıniya, İspaniya, Meksika, Sloveniya və Serbiya millilərinin üzvləri çıxış edir. Komandanın baş məşqçisi portuqaliyalılı Paulo Souzadı.
Bu vaxta qədər təmsilçilərimiz 2 dəfə İtaliya klublarından xal alıblar. “Neftçi” və “Qarabağ” hərəyə 1 dəfə “İnter”lə heç-heçə ediblər. Ağdam təmsilçisi Florensiyada sürprizə imza atıb qələbə qazansa, bu, İtaliya təmsilçiləri üzərində ilk qələbəmiz kimi tarixə düşəcək.
Avropa Liqası
Qrup mərhələsi
II tur
J qrupu
Qarabağ (Azərbaycan) - Fiorentina (İtaliya) 5:1
Qollar: Xouma Babakar, 39 (Nikola Kaliniç); 45+2 (Nikola Kaliniç). Nikola Kaliniç, 43 (Sebastian Kristofor). Mauro Zarate, 63; 78 - Dino Ndlovu, 90+2.
Fiorentina: 12. Çiprianu Tataruşanu, 4. Sebastian De Mayo, 6. Karlos Sançes (8. Matias Veçino, 46), 9. Nikola Kaliniç (7. Mauro Zarate, 61), 10. Federiko Bernardeşi (25. Federiko Kyeza, 61), 15. Maksimiliano Oliviera, 16. Kristian Tello, 18. Karlos Salsedo, 19. Sebastian Kristofor, 30. Xouma Babakar, 40. Nenad Tomoviç.
Ehtiyat oyunçular: 1. Luka Lezzerini, 5. Milan Badeli, 20. Borxa Valero, 31. Xrvoye Milik.
Baş məşqçi: Paulo Souza.
Qarabağ: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 8. Migel Madera, 9. Reynaldo Silva (6. Dino Ndlovu, 84), 14. Rəşad Sadıqov, 15. Rahid Əmirquliyev, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov (10. Muarrem Muarrem, 60), 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 99. Dani Kintana (55. Bədavi Hüseynov, 46).
Ehtiyat oyunçular: 1. Biyan Şaronov, 2. Qara Qarayev, 18. İlqar Qurbanov, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
Sarı vərəqələr: Karlos Sançes, 18. Mauro Zarate, 64 - Maksim Medvedev, 38. Riçard Almeyda, 88.
Qırımızı vərəqə: Elvin Yunuszadə, 30.
Hakimlər: Oliver Draxta, Roland Brandner, Stefan Kühr, Roland Ridel (Avstriya).
Əlavə köməkçi hakimlər: Manuel Şuttenqruber, Diter Makenhammer (Avstriya).
Hakim-inspektor: Mihael Arquro (Cənubi Kipr).
UEFA nümayəndəsi: Eduard Dervişay (İspaniya).
Florensiya. “Artemio Franki” stadionu.
1 | Fiorentina | 2 | 1 | 1 | 0 | 5:1 | 4 |
2 | Slovan | 1 | 0 | 1 | 0 | 2:2 | 1 |
3 | PAOK | 1 | 0 | 1 | 0 | 0:0 | 1 |
4 | Qarabağ | 2 | 0 | 1 | 1 | 3:7 | 1 |
MilliYol.Az
Digər xəbərlər
loading...