Rusiya prezidenti Vladimir Putinlə görüşdə Ermənistan və Azərbaycan liderlərinin görüşünün təşkili məsələsi müzakirə olunmayıb
Bunu bazar günü Ermənistanın Tavuş vilayətinə işçi səfərinin gedişində jurnalistlərə həmin ölkənin baş naziri Nikol Paşinyan deyib.
Paşinyanla Putin Qarabağ ətrafında vəziyyət barədə söhbət ediblər və münaqişənin yalnız sülh yolu ilə tənzimlənməsinin vacibliyini vurğulayıblar.
“Öz növbəmdə, bildirdim ki, münaqişə zonasında istənilən təxribat sərt cavab alacaq”, - Paşinyan bildirib.
Mənbə xatırladır ki, baş nazir seçildikdən sonra Nikol Paşinyan prinsipial olaraq Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlara hazır olduğunu bəyan etmişdi.
Beynəlxalq gündəmin digər məsələlərinə toxunaraq Paşinyan bir daha qeyd edib ki. Ermənistanın Suriyadakı kontingenti sırf humanitar məqsəd daşıyacaq. Paşinyanın sözlərinə görə, Ermənistanın missiyası Suriyadakı erməni icmasına yardım məqsədi güdür.
O vurğulayıb ki, kontingent Ermənistan bayrağı altında dislokasiya olunacaq.
Daha öncə Ermənistan KİV-ləri yazmışdılar ki, ölkə Suriyaya rabitəçilərdən, minaaxtaranlardan və həkimlərdən ibarət heyət göndərmək niyyətindədir.(virtualaz.org)
MilliYol.Az