Cənubi Sudanda sərnişin təyyarəsi gölə düşüb
"The Associated Press" agentliyinin məlumatına əsasən, hadisə nəticəsində 21 nəfər ölüb.
Yirol şəhərinin məlumat nazirinin sözlərinə görə, 19 nəfər üçün nəzərdə tutulan təyyarə ölkənin paytaxtı - Cuba şəhərindən uçurdu. O həmçinin qeyd edib ki, qəza nəticəsində üç nəfər sağ qalıb - onlar iki kişi və 3 yaşlı oğlan uşağıdır.
Təyyarənin göyərtəsində neçə nəfərin olduğu dəqiqləşdirilmir. (virtualaz.org)
MilliYol.az
Digər xəbərlər
loading...