Bu dəfə edam edilənlər Ramin Hüseyn Pənahi, Zanyar Muradi və onun qohumu Lukman Muradi adlı kürd millətindən olan şəxslərdir
Məlumatı edam edilən Ramin Hüseynin vəkili də təsdiqləyib.
Edam edilən Ramin Hüseynin qardaşı Emcəd Hüseyn Pənahi “Twitter” hesabında bildirib ki, ölkədə edam qərarlarını dayandırmaq üçün keçirilən bir çox beynəlxalq kampaniyalara məhəl qoyulmur.
Qeyd edək ki, 24 yaşlı Ramin Hüseyn Pənahi 2017-ci il iyunun 23-də yaralı halda həbs edilmişdi. O, 2018-ci ilin yanvar ayında Allaha qarşı çıxmaqda, silahlı təşkilata üzv və dövlətə qarşı silahlı üsyan təşkil etməkdə günahlandırılaraq saxlanılmışdı. (modern.az)
MilliYol.Az
Digər xəbərlər
loading...