Çində 5,9 bal gücündə baş verən zəlzələ nəticəsində ən azı 26 nəfər xəsarət alıb
Zəlzələ ölkənin Yunnan vilayətində baş verib.
Bu barədə zəlzələ fəsadları ilə yerli mübarizə qərargahı məlumat yayıb.
Qərargahın məlumatına görə, hadisə yerli vaxtla sentyabrın 8-i 10:31-də baş verib: "4964 nəfər dağıntılar ərazisindən təhlükəsiz yerlərə köçürülüb.
Ümumilikdə zəlzələdən "müxtəlif dərəcələrdə" 29398 nəfər zərər çəkib. Həmçinin zəlzələ nəticəsində 34 məktəb dağılıb". (teleqraf.com)
MilliYol.Az
Digər xəbərlər
loading...