Gürcüstanda ictimai yerlərdə niqab və çadranın qadağan olunması təklif edilir
Belə təkliflə Gürcüstan parlamentinin Vətənpərvərlər Alyansı Partiyasının deputatı Emzar Kvitsiani çıxış edib.
Onun hazırladığı İnzibati Xətalar Məcəlləsinə düzəlişlər layihəsinə əsasən, meydan, park, bütün ictimai nəqliyyat növlərində və digər ictimai yerlərdə niqab və çadradan istifadəyə görə cərimə tətbiq ediləcək.
Cərimənin məbləği 500 lari (190 dollar) təşkil edir. Niqab və çadradan təkrar istifadəyə görə isə 1500 lari (572 dollar) məbləğində cərimə tətbiq oluna bilər.
Belə bir layihənin hazırlanma səbəbi kimi son illər Gürcüstana gələn turistlərin sayının artımı ilə əlaqələndirilir. Bildirilir ki, bu geyimlər şəxsin kimliyinin müəyyənləşdirilməsinə mane olur. (olke.az)
MilliYol.Az