Ermənistan baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında Moskvada baş tutan görüşün mətbuata açıq hissəsində səslənən bəyanatlar danışıqların asan keçməyəcəyi təəsüratı yaradıb
Paşinyan Rusiya və Ermənistanın münasibətlərinin gələcəkdə də “iki ölkənin maraqlarına hörmət və bir-birlərinin daxili işlərinə qarışmamaq prinsipləri üzərində qurulacağına” ümid etdiyini bildirib.
“Əminəm ki, iki ölkə arasında bu məsələlər həll ediləcək və biz müttəfiqlik münasibətlərimizdən irəli gələn maraqlara, ölkəmizin maraqlarına, suverenliyinə və bir-birlərinin daxili işlərinə qarışmamaq prinsiplərinə hörmətə əsaslanacağıq”-Paşinyan deyib.
Ermənistan baş nazirinə görə iki ölkə münasibətlərinin bütün potensialını açmağa can atmaq lazımdır. Və KİV-lərdə gedən pessimist məqalələrə baxmayaraq qarşılıqlı münasibətlər “dinamik şəkildə” inkişaf edir.
Paşinyana görə Rusiya ilə hərbi-texniki əməkdaşlığın potensialı hələ axıradək açılmayıb. “Bəli, əlbətdə, bizim gözəl münasibətlərimiz var. Lakin hesab etmirəm ki, bununla kifayətlənmək lazımdır. Xüsusən bizim siyasi, iqtisadi, hərbi-texniki sahələrdə böyük potensialımız var”-o deyib.
Putin də qeyd edib ki, Ermənistanla münasibətlər “ardıcıl olaraq bütün istiqamətlərdə” inkişaf edir. “Bizim indiki qarşılıqlı münasibətlərimizlə və uzunmüddətli perspektivlə bağlı saatları qurmağa hazıram”-Putin deyib.
Rusiya prezidenti ölkəsinin Ermənistanda əsas investor olduğunu, bu ölkədə kubu cəmi 150 dollara ucuz qaz verdiyini, habelə atom və istilik enerjisi sahəsində dəstəklədiyini xatırladıb. “Metallurgiya, maşınqayırma sahələrində münasibətlər inkişaf edir. Ümumiyyətlə, bizim danışmağa mövzumuz var”-Putin bildirib.
**
Ermənistan baş naziri Nikol Paşinyan Moskvaya səfər edib.
Virtualaz.org bildirir ki, bu barədə Ermənistanın Rusiyadakı səfirliyinin “Facebook” səhifəsində məlumat yerləşdirilib.
Bildirilir ki, səfər çərçivəsində bu gün Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Daha sonra isə Paşinyanın Rusiyadakı erməni biznes cəmiyyətinin nümayəndələri ilə görüşü olacaq.
MilliYol.Az