Polşanın paytaxtı Varşavada Qran-pri seriyasından olan "Poland Open" turniri start götürüb
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən xəbərə görə, yarışda ölkəmizi təmsil edən qadınlardan ibarət yığmamızın lideri Mariya Stadnik çətinlik çəkmədən finala yüksəlib.
Turnirdə 50 kiloqram çəki dərəcəsində mübarizə aparan üçqat Olimpiya medalçısı, dünya və 7 qat Avropa çempionu kolumbiyalı Karolina Kastilyo Hidalqo, amerikalı Uitni Konder və ukraynalı Oksana Livaça 10:0 hesabı ilə qalib gəlib. Stadnik yarımfinalda rusiyalı Nadejda Sokolovanı 11:1 hesabı ilə məğlub edərək adını finala yazdırıb.
Güləşçimiz bu gün qızıl medal uğrunda görüşdə Ukraynanın digər təmsilçisi İlyona Semkivlə qarşılaşacaq.
MilliYol.Az