İraqın İrandakı səfiri Sabir Əbdül Əl-Müsəvi Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi qeyd edib ki, Bəsrədə baş verən iğtişaşlar zamanı polis baş konsulluğun binasının təhlükəsizliyini təmin etməli idi.
Səfirə təqdim olunan etiraz notasında baş vermiş hadisənin dəqiq araşdırılması və cinayətkarların tezliklə tutulub cinayət məsuliyyətinə cəlb olunması tələb edilir.
Səfir Sabir Əbdül Əl-Müsəvi İran dövlətinin etirazını öz hökumətinə çatdıracağını və müvafiq tədbirlərin həyata keçiriləcəyini bildirib.
Xatırladaq ki, ötən gecə sosial tələblərlə küçələrə çıxan İraqın Bəsrə şəhərinin əhalisi gözlənilmədən İranın bu şəhərdəki baş konsulluğunun binasına hücum edib. Bina dağıdılaraq yandırılıb.(Virtualaz.org)
MilliYol.Az