Sabirabad rayonunda yol qəzası baş verib
“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Cəngən kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobil həmin kəndin sakini, 2000-ci il təvəllüdlü Lamiyə Xalıq qızı Mərdanovanı yolu keçmək istəyərkən vurub. Nəticədə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan qadın hadisə yerində ölüb. L.Mərdanovanın bacısının toyundan qayıdarkən hadisənin baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
MilliYol.az
Digər xəbərlər
loading...