CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 6-da 77,9 dollar/barel təşkil edib ki, bu da çərşənbəyə olan göstəricidən 1,27 dollar/barel azdır
Bu barədə “Trend” xəbər verib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 6-da 77,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,28 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 6-da 74,5 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 1,24 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 6-da 75,59 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,3 dollar/barel azdır.
MilliYol.az