İranın cənub-şərqində baş verən zəlzələ nəticəsində 1 nəfər həlak olub, 2 nəfər yaralanıb
Trend-in məlumatına görə, bu barədə Sistan və Bəlucistan əyalətində İran Qırmızı Ayparasının rəhbəri Rəsul Raşki bildirib. R.Raşki deyib: “Zəlzələ nəticəsində… İranşahr şəhərində 18 yaşlı qız həlak olub. Bundan əlavə, “afterşoklar” nəticəsində 2 nəfər xəsarət alıb, onlara tibbi yardım göstərilib”.
Qeyd edək ki, bu gün “UTC” vaxtı ilə saat 06:23-də İranın cənub-şərqində 5,5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Bam şəhərindən 126 kilometr cənub-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
MilliYol.Az
Digər xəbərlər
loading...