Fələstin prezidenti Mahmud Abbas keçmiş İsrail prezidenti Şimon Peresin dəfnində iştirak etmək niyyətindədir.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, dəfndə iştirak etmək üçün Fələstin tərəfi İsrailə rəsmi müraciət edib. Mahmud Abbasın istəyinə dərhal müsbət cavab verilib. Fələstin liderini dəfndə 4 yüksəkvəzifəli məmur müşayiət edəcək.
Qeyd edək ki, dünyanın müxtəlif ölkələrdindən gələcək 80-ə yaxın nümayəndə sabah səhər mərhum prezidentlə vidalaşacaq. Günorta isə Şimon Peres dəfn ediləcək.
MilliYol.Az
Digər xəbərlər
loading...