Ermənistan prezidenti Armen Sarkisyan sentyabrın 8-də Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında baş tutacaq görüşü şərh edib
MilliYol.Az “Report”-a istinadən xəbər verir ki, jurnalistlərin bu görüşdən gözləntiləriylə bağlı sualına A.Sarkisyan görüşdən xüsusi nəsə gözləmək lazım olmadığını bildirib.
Ermənistan prezidenti N.Paşinyan və V.Putin arasında görüşün çox yaxşı və dostluq ab-havasında keçəcəyinə və bu cür görüşlərin mütəmadi olaraq baş tutacağına əminliyini ifadə edib.
Ermənistan-Rusiya münasibətlərindəki gərginlik barədə sualı şərh edərkən A.Sarkisyan bu münasibətlərdə uzunmüddətli və dərin gərginlik gözləmədiyini bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...