Türkiyədə azərbaycanlı "gözəlçə" iki telekanalı bir-birinə vurub.
MilliYol.Az virtualaz.org-a istinadən xəbər verir ki, aktrisa Zühal Topalın evlənmə proqramına qatılan azərbaycanlı Naz Mila adlı xanım sonra digər telekanalda müğənni Seda Sayanın aparıcısı olduğu "Evlənəcəksən, gəl" verilişində görünüb. Burada efirə cəmi bir gün çıxdıqdan sonra yenidən əvvəlki evlənmə proqramına qayıdıb.
Lakin onun hansı səbəbdən proqramdan gedib sonra qayıtması məlum deyil.
Azərbaycandan Türkiyəyə gələn Naz ötən mövsümdə proqrama qatılıb və orada namizədlərdən biri olan Kərəmlə bir müddət sevgi yaşayıb. Lakin sonralar araları dəyib və Kərəm proqramı tərk etsə də, Naz Mila orada qalaraq yeni namizədlərini gözləyib. Son günlərdə isə rəqs müəllimi Baha ilə sevgi yaşadıqları bildirilir.
Keçmiş sevgilisindən bir uşağı olan bu iştirakçı lüks həyatı ilə də diqqəti çəkir.
"Evlənəcəksən, gəl"i tərk edən iştirakçının digər kanala qayıtması ilə bağlı Seda Sayan heç bir açıqlama verməyib.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...