“Ermənistan-Rusiya arasında münasibətlər yaxşı günlərini yaşamır. Dünən Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın təsdiqlədiyi kimi bu münasibətlərdə ciddi problemlər var”
Bunu Ermənistan parlamentinin sədr müavini, Respublikaçılar partiyasının mətbuat katibi Eduard Şarmazanov bildirib.
“Baş nazir Paşinyan bir söz deyir, təhlükəsizlik şurasının katibi də başqa bir söz. Bizimlə yumoristik dildə danışmaq lazım deyil. Biz müxalifət olaraq faktları deyirik. Paşinyanın “Rusiya Ermənistandakı yeni hakimiyyətlə uyğunlaşmalıdır” deməsi və ya Lavrovun açıqlamasına yumoristik cavab verməsi iki dövlət arasında olan münasibətlərə, həmçinin Rusiyada yaşayan ermənilərin imcinə müsbət təsir göstərməyəcək”.
O, qeyd edib ki, Ermənistan-Avropa münasibətlərində də problem yaranıb: “Avropaya gedib deyirlər ki, biz inqilab etmişik, bizə niyə pul vermirsiniz?. ABŞ-ın Ermənistandakı səfirinin açıqlamasından da məlum oldu ki, Birləşmiş Ştatlar tərəfindən ciddi sərmayə layihələri yoxdur. ABŞ və ya Avropa ilə münasibətləri inkişaf etdirdilər, indi də qaldı Rusiya ilə münasibətləri inkişaf etdirmək. Problem ondadır ki, bu insanların konsepsiyası yoxdur”, deyə Şarmazanov vurğulayıb. (azvision.az)
MilliYol.Az