“İran avqust ayında gündəlik 1.920 min barel xam neft və kondensat ixrac edib. Bu iyulla müqayisədə 400 min barel azdır”
Bunu iqtisadçı ekspert Ülvi Əmrahsoy deyib.
Ekspert İran neftinin əsas alıcıları olan Çin və Hindistanın da idxalı azaldığını deyib:
“İran keçən ay hər iki ölkəyə gündəlik 934 min barel neft satıb. İyulda Çin və Hindistana sutkalıq 1.5 milyon bareldən çox neft ixrac olunmuşdu. Avropa avqustda gündəlik 355 min barel İran nefti idxal edib”.
İqtisadçı hazırda İranda dolların kursu 137.000 rial olduğunu da vurğulayıb:
“Artıq satıcılar milli valyuta ilə alış-verişdən imtina edirlər. Konfet kağızı olmuş rial heç kimə lazım deyil. Qonşumuz yavaş-yavaş Venesuelaya çevrilir”. (cebhe.info)
MilliYol.Az