ABŞ-ın xam neft ehtiyatları azalır
Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 4,3 milyon barrel (1,1 faiz) azalaraq 401,5 milyon barrel olub.
Bazar proqnozları ehtiyatların 1,3 milyon barrel azalacağı istiqamətində idi.
Əvvəlki həftə ölkənin neft ehtiyatları 2,6 milyon barrel geriləmişdi.
ABŞ-ın strateji neft ehtiyatları keçən həftə də dəyişməyərək 660 milyon barrel təşkil edib.
Ölkənin benzin ehtiyatları isə ötən hesabat həftəsində 1,8 milyon barrel (0,8 faiz) artaraq 234,6 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 0,8 min barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə benzin ehtiyatları 1,6 milyon barrel azalmışdı. (modern.az)
MilliYol.Az