Gələn il dövlət büdcəsindən dotasiya almayan rayon və şəhərlərin sayında artım olacaq. MilliYol.Az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 34 şəhər və rayon gələn il büdcədən dotasiya almayacaq.
İndiyədək Bakı, Mingəçevir, Sumqayıt, Naftalan və Şirvan şəhərlərinin dotasiya ehtiyacı yox idisə, gələn il bu sıraya Gəncə, Lənkəran, Şəki və Yevlax şəhərləri qoşulacaq.
Bu il yalnız Abşeron və İmişli rayonları dövlətin yardımına ehtiyac duymamışdı. Gələn il isə Ağcabədi, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran və Şamaxı rayonlarına da dövlət büdcəsindən vəsait ayrılmayacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...