Siyahıda azərbaycanlılar da var
Nüfuzlu “Forbes” jurnalı Rusiyanın 200 milyarderinin adını açıqlayıb.
Modern.az xəbər verir ki, onların arasında Azərbaycan əsilli bir neçə milyarder də var.
“Lukoil” şirkətinin rəhbəri tanınmış iş adamı Vahid Ələkbərov 16,4 milyard dollarlıq sərvəti ilə 4-cü yerdə qərarlaşıb.
Dağ yəhudiləri və biznes şərikləri olan Zaxar İliyev və Qod Nisanov 3,3 milyard dollarlıq sərvətləri ilə 36-cı və 37-ci yerləri paylaşıblar.
“Crocus Group”un rəhbəri Araz Ağalarov 1,8 milyard dollar dəyərində qiymətləndirilən sərvəti ilə 50-ci yerdə qərarlaşıb.
Bu siyahıda olan son azərbaycanlı isə 1,4 milyadr dollarlıq sərvəti ilə 69-cu yerdə qərarlaşan Fərhad Əhmədovdur.
MilliYol.az
Digər xəbərlər
loading...