Əgər Amerika prezidenti Donald Tramp impiçmentə məruz qalsa, onda ABŞ üçüncü dünya ölkəsinə çevriləcək
AzVision.az xəbər verir ki, bu barədə Trampın özü bəyan edib.
Onun sözlərinə görə, impiçment yolu ilə vəzifəsindən uzaqlaşdırılaraq yerinə demokratların təmsilçisi olan prezident seçilərsə, ABŞ üçüncü dünya ölkəsinə çevriləcək.
“Siz yeni prezidentin nələrə qadir olduğunu dərk edənədək gec olacaq və ABŞ üçüncü dünya ölkəsinə çevriləcək. Demokratların “impiçment” ifadəsindən xoşları gəlir. Onlar mənim uğur və nailiyyətlərimdən asılı olmayaraq bu ifadədən mənə qarşı istifadə edirlər. Trampı “impiçment edin” deyirlər. ” – deyə, Tramp bildirib.
Tramp onu da əlavə edib ki, əgər impiçmentə məruz qalsa, ABŞ tarixində “baxın nə iş görmüşdü” deyə xitab ediləcək yeganə prezident olacaq. Bu mənada, demokratlar istəyinə çatmasın deyə, Tramp amerikalılara müraciət edərək noyabrda Konqressə keçiriləcək aralıq seçkilərdə respublikaçılara səs vermələrini istəyib.
“Bu seçkilərdə siz təkcə öz namizədinizə səs verməyəcəksiniz. Siz Konqressi hansı partiyanın idarə edəcəyinə qərar verəcəksiniz. Bu, olduqca mühüm məsələdir.” – deyə, Tramp vurğulayıb.
MilliYol.Az