Gürcüstan parlamenti sentyabrın 19-dan qanunverici dəyişikliklər paketinin nəzərdən keçirilməsinə başlayacaq
"NewsGeorgia" xəbər verir ki, dəyişikliklər arasında ölkə prezidentinin ömürlük şəxsi mühafizədən istifadə hüququndan məhrum edilməsi də var.
Qeyd edək ki, hazırkı qanuna əsasən, Gürcüstan prezidenti seçildiyi gündən ömrünün sonuna qədər şəxsi mühafizədən istifadə edir.
Qanun layihəsinin təşəbbüskarı Gürcüstan hökuməti, müəllifi isə Dövlət Mühafizəsi Xüsusi Xidmətidir.
Bununla yanaşı, yeni təşəbbüsə əsasən, prezident, baş nazir və parlamentin sədrinin ailə üzvləri də şəxsi mühafizə ilə təmin ediləcək.
MilliYol.Az
Digər xəbərlər
loading...