Vaxilə “Millət” qəzetində jurnalist və baş redaktor vəzifələrində işləmiş, Azərbaycan Milli İstiqlal partiyasınıın (AMİP) keçmiş mətbuat katibi Asəf Orucoğlu vəfat edib
Bu haqda mərhumun dostları xəbər veriblər. Onun infarktan öldüyü bildirilir…
Asəf Oruc oğlu Əliyev 1967-ci ildə Daşkəsən şəhərində anadan olub. 1984-cü ildə C.C.Naxçıvanski adına Hərbi Liseyi bitirib.
1985-1987-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub.
1996-cı ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq əlaqələr fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Asəf Orucoğlu “Millət” qəzetində jurnalist və baş redaktor, AMİP-də mətbuat katibi, mətbuat və təbliğat məsələləri üzrə katib, “Araşdırma və proqnoz şöbəsi”nin müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat katibi işləyib.
2003-2005-ci illərdə Mərkəzi Seçki Komissiyasının üzvü olub.
Asəf Qaya imzası ilə şeirlər yazırdı.
300-ə yaxın şeirin müəllifidir.(modern.az)
MilliYol.Az