ABŞ-ın S-400 kompleksləri ilə bağlı təzyiqlərinə məhəl qoymayan Türkiyə bu sistemlərin qəbuluna hazırlıqlar görür
Modern.az CNBC kanalına istinadən xəbər verir ki, Türkiyə bu komplekslərin yerləşdirilməsi üçün artıq platforma inşasına start verib.
Bu mövzunu əhatə edən kəşfiyyat məlumatları ilə yaxından tanış olan anonim mənbənin kanala bildirdiyinə görə bunu bir ay əvvəl çəkilmiş peyk şəkilləri təsdiq edir.
Rəsmlərdə S-400 kompleksi üçün daha çox uyğun gələn start platforması və bunkerlər nəzərə çarpır.
Xatırladaq ki, Rusiya tərəfi S-400 kompleksinin ilk nümunəsini Türkiyəyə 2019-cu ildə təhvil verməyi planlaşdırır.
Qeyd edək ki, hazırda NATO-nun əsas layihələrindən olan və yuxarıda qeyd olunmuş səbəbdən yaranmış böhrana görə Türkiyəyə təhvil verilməyən F-35 qırıcılarının bəzi hissələri Türkiyədə istehsal olunur. Rusiya da S-400 layihəsi çərçivəsində Türkiyəyə əməkdaşlıq təklif edib.
MilliYol.Az