İran Atom Enerjisi Qurumunun sözçüsü Bəhruz Kamalvəndi nüvə anlaşmasının təsirini itirəcəyi halda, fəaliyyətlərin daha sərt şəkildə davam etdiriləcəyini bildirib
AzNews.az “Milliyet”ə istinadən xəbər verir ki, İranın dövlət televiziyasına açıqlama vermiş Kamalvəndi ölkəsinin əvvəlkinə nisbətən daha yaxşı nüvə potensialına malik olduğunu qeyd edib.
ABŞ-ın nüvə anlaşmasından çəkildikdən bir ay sonra İranın dini lideri Əli Xamnəyi ölkənin Atom Enerji Qurumuna uranın artırılmasına təsir edəcək 190 min “SWU” istehsalı əmri vermişdi.
Qeyd edək ki, əvvəlki həftə Beynəlxalq Atom Enerjisi Agentliyindən verilmiş məlumata görə, İranın nüvə anlaşmasının şərtlərinə uyduğunu vurğulamışdı.
MilliYol.Az
Digər xəbərlər
loading...