İraqın Bəsrə şəhərində etirazçılar bələdiyyə binasına od vurublar
Bununla bağlı “Anadolu” agentliyi yerli mənbəyə istinadla məlumat yayıb.
Dünən nümayişçilər Bəsrə meriyasını yandırmışdılar.
Təhlükəsizlik qüvvələri ilə dünənki toqquşmalar zamanı Bəsrədə yeddi etirazçı ölmüş, 30 nəfər yaralanmışdı.
Bir müddət öncə İraqın cənubunda sosial vəziyyətin yaxşılaşdırılması, işsizliyin və korrupsiyanın aradan qaldırılması üçün etiraz aksiyaları başlayıb.
Bəsrədə başlanan aksiyalar Zikar, Babil, Maysan, Əd-Divaniya, Nəcəf kimi şəhərlərə də yayılıb. (oxu.az)
MilliYol.Az
Digər xəbərlər
loading...