Tanınmış hüquqşünas Aslan İsmayılov rəsmi "facebook" səhifəsində AZAL prezidenti Cahangir Əsgərovun maraqlı görüntüləri yayıb
O, paylaşımına "Belələri təhsil haqqını ödəyə bilməyən tələbələrin valideynlərini, rüşvət tələb olunan onkoloji xəstələrin yaxınlarını anlaya bilməzlər", sözlərini əlavə edib. Məlum video sosial şəbəkə istifadəçiləri tərəfindən də birmənalı qarşılanmayıb. Belə ki, istifadəçilər AZAL prezidentinin bu əyləncəsinin xalq tərəfindən oğurladığı vəsait hesabına baş verdiyini və məmur özbaşınalığının göstəricisi kimi qələmə veriblər.
Onu da qeyd edək ki, AZAL prezidentinin əyləncələrə və səyahətlərə meylli olması ilə bağlı mətbuatda bir sıra məlumatlara rast gəlmək mümkündür.
MilliYol AZAL Prezidenti Cahangir Əsgərovun haqqında bəhs etdiyimiz videosunu oxucularına təqdim edir:
MilliYol.az