Konstitusiyaya təklif edilən dəyişikliklərə xalqın “hə” deməsindən sonra əsas müzakirə mövzularından biri də Azərbaycanda yeni sistem olan vitse-prezidentlik institutu ilə bağlıdır.
MilliYol.Az xəbr verir ki, bu mövzuda səslənən müxtəlif ehtimal və şərhləri millət vəkili Vahid Əhmədov Axar.az üçün şərh edib. Millət vəkilinin sözlərinə görə, yeni qurum olan vitse-prezidentlik institutunun fəaliyyət mexanizmi hələlik dəqiqləşdirilməyib:
“Dövlət qurumlarının, nazirliklərin vitse-prezidentə tabe olacağı ilə bağlı hələlik dəqiq informasiya yoxdur. Hələ o da məlum deyil ki, vitse-prezidentlik institutu hansı məsələlərlə məşğul olacaq. Cəmiyyət arasında müəyyən şərhlər səsləndirilir ki, vitse-prezidentlik institutu ilə paralel Nazirlər Kabineti fəaliyyət göstərəcək və yaxud ləğv olunacaq. Hesab edirəm ki, vitse-prezidentlik institutu Azərbaycanda yeni olduğu üçün, bu qurum oturuşana qədər Nazirlər Kabineti fəaliyyət göstərəcək. Bu, 5 ilə qədər çəkə bilər. Ondan sonra Nazirlər Kabinetinin ləğvi məsələsinə baxıla bilər”.
Deputatın sözlərinə görə, vitse-prezidentlik institutu birbaşa ölkə başçısının səlahiyyətindədir:
“Bu institut cənab prezidentin müəyyənləşdirdiyi sahələr üzrə fəaliyyət göstərəcək. Ola bilər ki, orada, məsələn, heç iqtisadi sahə olmasın. Amma hesab edirəm ki, iqtisadi sahəyə baxan bir vitse-prezidentin olması çevik qərarların qəbulu baxımından yaxşı nəticələr verə bilər.
Qarabağ üzrə də vitse-prezident olması gözləniləndir. Çünki bu mövzu bizim üçün çox önəmlidir, bu sahəyə diqqəti artırmaq lazımdır.
Naxçıvan üzrə vitse-prezidentə müəyyən səlahiyyət verilməsi də gözləntilər sırasındadır. Ancaq bir daha qeyd edim ki, bunlar ehtimallar və gözləntilərdir, son sözü cənab prezident deyəcək”.
MilliYol.Az
Digər xəbərlər
loading...