Səudiyyə Ərəbistanında dinlə bağlı zarafat edənlər həbs olunaraq 5 il müddətinə azadlıqdan məhrum ediləcəklər
AzVision.az xəbər verir ki, bu barədə Səudiyyə Krallığı Prokurorluğunun rəsmi tvitter səhifəsində bəyan edilib.
“Sosial şəbəkələrdə ictimai asayişin pozulması, dini dəyərlər və əxlaq normalarına istehza və onların gülüş hədəfinə çevrilməsi kibercinayətkarlıq hesab ediləcək.
Bu cür cinayət əməlində təqsirləndirilənləri 5 il həbs cəzası, həmçinin 3 milyon rial (təqribən 800 min ABŞ dolları) məbləğində cərimə gözləyir.” – deyə, Prokurorluğun məlumatında bildirilib.
MilliYol.Az
Digər xəbərlər
loading...