Döyüş tapşırığını icra edərkən yaralanan zabitimiz, baş-leytenant Kamil Musəvinin Türkiyədə əməliyyat olunub. "Milli Yol" femida.az-a istinadən xəbər verir ki, hərbçimizə yeni ayaq köçürülüb.
Bu haqda məlumatı Kamil Musəvi özü bildirib: “Hazırda Türkiyədəyəm. İstanbulun klinikalarının birində mənə yeni ayaq köçürüldü. Əvvəlki protez ayaqdan fərqli olaraq müasir üslubda hazırlanan bu ayaq hissiyatlıdır.Həm də çox rahatdır. Artıq normal şəkildə hərəkət edə bilirəm. Bildiyiniz kimi mənə yeni ayağın köçürülməsinə Güləş üzrə yığma komandanın böyük məşqçisi Firdovsi Umudov, Qazax rayonundan olan xeyriyyəçi Arzuman Abdulkərimov, Qax rayonundan olan xeyriyyəçi Nizami Manafov və Ağdamdan olan xeyriyyəçi Kamil Əhmədovun böyük dəstəyi olub. Burada yeni gözün köçürülməsi üçün də həkimlər baxış keçirdilər. İnşallah yaxın aylarda gözümün bərpası üçün yenidən İstanbula qayıdacam. Mənə dəstək olan dövlətimizə, Müdafiə Nazirliyinə və xeyriyyəçi insanlara təşəkkür edirəm. İnşallah tezliklə gözüm də bərpa olunar.”
Xatırladaq ki, 2015-ci ilin oktyabrında cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən kəşfiyyatçı, baş leytenant Kamil Musəvi bir gözünü və bir ayağını itirmişdi.
"Mİlli Yol"
Digər xəbərlər
loading...