Ötən gecə Rusiyanın Stavropol bölgəsində yol-nəqliyyat hadisəsi baş verib. Azərbaycandan Rusiyaya sərnişin daşıyan “Mersedes” markalı avtobus “Qazel” markalı avtomobillə toqquşub
Hadisə Koçubey-Zelenokumsk-Mineralnıye Vodu yolunun 204-cü kilometrliyində, Moskva vaxtı ilə 05:10-da baş verib.
Hadisə zamanı üç nəfər xəsarət alıb. Nəqliyyat vasitəsi Bakıdan Krasnodara doğru hərəkət edirmiş.
“İlkin ehtimallara görə, “Mersedes” markalı avtobusun sürücüsü idarəetməni itirib və qarşıdan gələn avtomobilin yoluna çıxıb. Avtobusun iki sərnişini və “Qazel”in sürücüsü Budennovsk rayon xəstəxanasına çatdırılıb”, - yol polisindən bildirilib.
Hadisə zamanı avtobusda 33 sərnişin və iki sürücü olub. Avtobus sürücüsünün sükan arxasında yuxuladığı iddia edilir.
Faktla bağlı araşdırmalar aparılır.(Oxu.Az)
MilliYol.Az