Məşhur "Hababam sinfi" kinolar silsiləsinə daha biri əlavə ediləcək
Yeni çəkiləcək film 2019-cu ildə kinoteatrlarda nümayiş olunacaq.
Yeni ekran işinin rejissoru Doğa Can Anafartan, ssenaristləri isə Evren Ərdoğan və Ayşe Balıbeydir.
Çəkilişləri 6 həftə davam edəcək filmin aktyor heyəti internetdən verilən elan yolu ilə müəyyənləşəcək.
Qeyd edək ki, ilk dəfə 1975-ci ildə ekranlaşdırılan "Hababam sinfi" rejissor Ertem Eyilmez tərəfindən yazıçı Rıfat İlqazın romanı əsasında çəkilib. Bundan sonra 1981-ci ilə qədər eyni başlıqda 5 film lentə alınıb.(axşam.az)
MilliYol.Az
Digər xəbərlər
loading...