Avropanın aparıcı baş məşqçilərinin Nyonda forumu keçirilib
Forumda onlar qitə miqyaslı klub yarışlarında səfər qolu qaydasına yenidən baxılması xahişi ilə UEFA-ya müraciət etməyə qərar veriblər.
Bu barədə qurumun yarışların təşkili üzrə direktoru Corco Marketti məlumat verib: "Onların fikrincə, indi səfərdə qol vurmaq heç də çətin deyil. Məşqçilər hesab edirlər ki, futbolda vəziyyət dəyişib və indi səfər qolunun əhəmiyyəti bu qaydanın tətbiq olunduğu uzun illər əvvəki kimi deyil".
Görüşə "Massimiliano Alleqri ("Yuventus"), Karlo Ançelotti ("Napoli"), Rafael Benites ("Nyukasl"), Arsen Venger (hazırda klubsuzdur), Rudi Qarsiya ("Olimpik", Marsel), Şenol Günəş ("Beşiktaş"), Serjiu Konseysau ("Portu"), Xulen Lopeteqi ("Real" Madrid), Joze Mourinyo ("Mançester Yunayted"), Tomas Tuhel (PSJ), Paulu Fonseka ("Şaxtyor" Donetsk) və Unai Emeri ("Arsenal").
Qeyd edək ki, Pep Qvardiola ("Mançester Siti"), Dieqo Simeone ("Atletiko") və "Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan tədbirə dəvət almayıb.(qol.az)
MilliYol.Az