BMT Baş Assambleyası çərçivəsində GUAM ölkələri nazirlərinin görüşü keçiriləcək
Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mətbuat konfransında bildirib.
Nazir deyib ki, BMT Baş Assambleyası çərçivəsində Nyu Yorkda GUAM - Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilata üzv olan ölkələrin xarici işlər nazirlərinin görüşünün keçirilməsi barədə razılığa gəlinib.
Qeyd edək ki, GUAM Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən regional təşkilatdır. 1997-ci il oktyabrın 10-da yaradılıb. 1999-2005-ci illərdə Özbəkistan da təşkilatın üzvü olub.(Trend)
MilliYol.Az
Digər xəbərlər
loading...