Məlum olduğu kimi, FİFA referimiz Əliyar Ağayev Avropa Liqasının II turu çərçivəsində sabah İtaliyada oyuna çıxacaq. O, məşhur "Roma" klubunun son Rumıniya çempionu "Astra" ilə görüşünü idarə edəcək. Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov, əlavə köməkçi hakimlər Rəhim Həsənov və Orxan Məmmədov olacaq. Dördüncü hakim funksiyasını isə Mübariz Haşımov yerinə yetirəcək.
Bəs azərbaycanlı hakimlərin qonorarı nə qədər olacaq? Azərbaycanda hakimlərin 1 oyuna nə qədər qonorar aldığı hamıya bəllidir. Bəs beynəlxalq görüşlərdə bu məsələ necədir?
Qaynarinfo.Az bunu araşdırıb və hakimlərimizin bu matç üçün nə qədər qonorar alacağını müəyyənləşdirib.
Əliyar FİFA-nın II kateqoriyalı hakimi olduğu üçün o bu matç üçün 1200 avro qonorar alacaq. Onun 2 köməkçisi (laysmanlar) və əlavə 2 köməkçi hakimlər (qapı arxasında dayananlar) adambaşı 360 avro qazanacaq. UEFA IV hakim (tablo göstərən) olan Mübariz Haşımova isə 180 avro verəcək.
Təbii ki, Əliyar Ağayev FİFA-nın I kateqoriyalı hakimi olsaydı, daha çox - 2300 avro alacaqdı. Belə olan halda, onun köməkçiləri də daha çox - müvafiq olaraq - 690 və 345 avro qazanc əldə edəcəkdi. Ümidvarıq ki, beynəlxalq miqyasda idarə etdiyi görüşlərdə yüksək notlar qazanan Əliyarı biz artıq gələn il bu kateqoriyada görə biləcəyik.
Onu da qeyd edək ki, Çempionlar Liqası və Avropa Liqasının 1/4 final mərhələsindən etibarən qonorarlar da artır. Məsələn, baş hakim 5800 avro alır. Təbii ki, hələ Əliyar Ağayevin elit kateqoriyası olmadığı üçün bu il ondan bu mərhələnin oyunlarını idarə etməyi gözləmək olmaz.
MilliYol.Az
Digər xəbərlər
loading...